Bizimlə həyatınız həmişə işıqlı olacaq!

600+ bal toplayan gənclərin hərbi xidməti harada keçəcəyi açıqlandı

Yüksək bal toplayan çağırışçılar üçün xüsusi bölmələr müəyyənləşdirilib

58

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərin həqiqi hərbi xidmət yerləri ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən intellektual qabiliyyətli bölmələrdə yerinə yetirirlər.

Nazirlikdən o da qeyd olunub ki, bu yanaşma Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq beynəlxalq və respublika fənn olimpiadalarının, müsabiqə və yarışların qaliblərinə, eləcə də beynəlxalq reytinqlərdə ilk 500-lükdə yer alan xarici ali təhsil müəssisələrinin məzunlarına da şamil edilir. Söhbət xüsusilə Times Higher EducationAcademic Ranking of World Universities reytinqlərindən gedir.

Xatırladaq ki, Azərbaycanda gənclərin həqiqi hərbi xidmətə çağırışı ildə dörd dəfə aparılır. Ali təhsil alan məzunlar 1 il, ali təhsili olmayan çağırışçılar isə 1 il 6 ay müddətində xidmət edirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.