Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hadrut və Qırmızı Bazara 30 Ailə Doğma Yurduna Qayıtdı

Doğma Yurduna Qayıdış – Hadrut və Qırmızı Bazara 30 Ailə Yola Salındı

43

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdış prosesi davam edir.

Bu gün Xocavənd rayonunun Hadrut və Qırmızı Bazara qəsəbələrinə növbəti köç mərhələsi həyata keçirilib. Köç edən ailələr əsasən müvəqqəti olaraq yataqxanalarda, sanatoriya və inzibati binalarda yerləşdirilmiş şəxslərdir.

Bu mərhələdə Hadrut qəsəbəsinə 10 ailə – 47 nəfər, Qırmızı Bazara isə 20 ailə – 91 nəfər köçürülüb.

Doğma yurduna qayıdan sakinlər dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin Azərbaycan Ordusunun qəhrəmanlığına, şəhidlərimizə hörmət və minnətdarlığını ifadə ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.