Martda Bayramlar Eyni Günlərə Düşür – Məzuniyyətə Təsiri
Bayramlar Məzuniyyətə Necə Təsir Edəcək – Martda 8 Günlük Artım
2026-cı il Ramazan bayramı martın 20-21-nə təsadüf edir və bu tarixlər eyni zamanda Novruz bayramı günləri ilə üst-üstə düşür.
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günləri məzuniyyət günləri hesab olunmur və ödənilmir, lakin məzuniyyət müddəti həmin günlərin sayı qədər uzadılır.
Eyni qayda iş günü hesab olunmayan bayram günlərinə də şamil olunur. Belə ki, Qurban və Ramazan bayramları iş günü olmayan başqa bayram günü ilə üst-üstə düşdükdə, məzuniyyət dövründə bu günlər bir gün kimi nəzərə alınır.
Mart ayının 21-27 və 30-u Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi səbəbindən qeyri-iş günü sayılır. Bu tarixlərdə məzuniyyətə çıxan şəxslərin məzuniyyət günləri 8 gün artırılacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.