Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ramazan və Novruz Bayramları ilə Bağlı 11 Gün Qeyri-İş Günü Olacaq

Martda Bayram Həyəcanı: 11 Gün İstirahət Gözlənilir

55

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə görə, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə düşür və bu tarixlər eyni zamanda Novruz bayramı günləri ilə üst-üstə gəlir.

Beləliklə, 2026-cı ilin mart ayında 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri, 21 və 22 martın şənbə və bazar günlərinə təsadüf etməsi səbəbindən 25 və 26 mart da qeyri-iş günləri olacaq.

Ramazan bayramı günləri (20 və 21 mart) başqa qeyri-iş günləri ilə üst-üstə düşdüyündən, Əmək Məcəlləsinə əsasən 27 və 30 mart da istirahət günü hesab ediləcək. Nəticədə Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixləri arasında 11 gün qeyri-iş günü olacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.