Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabah Ramazan Ayının Başlanması ilə Bağlı Fətva Veriləcək

Ramazan Başlayır – QMİ Sabah Qazılar Şurası vasitəsilə Fətva Açıqlayacaq

60

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə görə, Azərbaycanda 2026-cı il Ramazan ayı fevralın 19-da başlayacaq. Fevralın 18-i gecə niyyət ediləcək, fevralın 19-u isə ilk oruc günü olacaq. Sabah QMİ Qazılar Şurası tərəfindən Ramazan ayının başlanması ilə bağlı fətva açıqlanacaq.

İlk oruc günündə imsak vaxtının saat 06:06, iftar vaxtının isə 18:30 olması gözlənilir.

Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə təsadüf edəcək və bu tarixlər eyni zamanda Novruz bayramı günləri ilə üst-üstə düşür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.