Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Eksternat İmtahanlarında 1 282 Şagird Uğur Qazandı

Uğur Qazanan Eksternlər İndi Attestat Üçün Növbəti Addımı Atacaqlar

64

Əvvəlki illərdə IX və XI sinifləri başa vura bilməyən şəxslər üçün təşkil olunan eksternat imtahanlarının ilk mərhələsində hər iki səviyyədə ümumilikdə 1 282 nəfər müsbət nəticə göstərib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib ki, nəticələr eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrələrinə SMS vasitəsilə çatdırılıb.

Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə əsasən, iştirakçılar ümumi orta və tam orta təhsil haqqında attestat əldə edə biləcəklər.

Eksternat təhsil forması müxtəlif səbəblərdən təhsil səviyyələrini tamamlamayan şəxslərə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq imkanı yaratmaq məqsədi daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.