Mingəçevirdə mübahisə faciə ilə nəticələndi
46 yaşlı kişi üzərinə spirt tökülərək yandırılıb
Mingəçevirdə iki nəfər arasında yaranan mübahisə ağır xəsarətlə nəticələnib. Hadisə şəhərin bağlar yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, tərəflər arasında baş verən münaqişə zamanı şəxslərdən biri 1980-ci il təvəllüdlü Zaur Nəbiyevin üzərinə spirt tökərək onu yandırıb.
Zərərçəkən üz, əl, qol və bədənin digər nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, mübahisə edən şəxslərin hər ikisinin psixoloji problemlərinin olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.