Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-İran Gərginliyi: Dənizdə Strateji Hərəkətlər

“USS Gerald Ford” və digər hərbi platformalar İran sahillərində mövqelərini gücləndirir, bölgədəki təzyiq artır

33

ABŞ İran Sərhədlərində Hərbi Təzyiqini Artırır: Aviadaşıyıcı Gəmilər, Qırıcılar və Sualtı Qayıqlar Bölgədə

Amerika Birləşmiş Ştatları İran sərhədlərinə əlavə hərbi qüvvələr göndərməkdə davam edir. “The New York Times” xəbər verir ki, İran sahillərinə “USS Gerald Ford” aviadaşıyıcı gəmisi yollanıb. Bu gəmiylə birlikdə ABŞ-nin İran yaxınlığında artıq fəaliyyət göstərən “USS Abraham Lincoln” aviadaşıyıcısı bölgədə ikinci böyük döyüş platformasını təşkil edəcək.

Bölgədə gərginliyin artdığı bir vaxtda ABŞ Dəniz Qüvvələrinin mövcudluğu əhəmiyyətli dərəcədə gücləndirilir. Təxminən 90 hərbi təyyarə, o cümlədən F-35C qırıcısı, raket kreyseri və 110 Tomahawk qanadlı raketi ilə təchiz olunmuş bir neçə esmines, eləcə də nüvə enerjisi ilə işləyən sualtı qayıq bölgəyə göndərilib.

Mütəxəssislər bildirirlər ki, bu hərbi göndərişlər ABŞ-ın İranla münasibətlərdə təzyiqi artırmaq və dənizdə strateji üstünlüyünü möhkəmləndirmək məqsədini güdür. Eyni zamanda, xatırladaq ki, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə diplomatik danışıqlar aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.