Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tramp İranla razılaşma üçün mart ayını hədəf göstərdi

ABŞ Prezidenti danışıqlar uğursuz olacağı təqdirdə İran üçün “çətin mərhələ” olacağını da proqnozlaşdırıb

31

ABŞ Prezidenti Donald Tramp mart ayında İranla razılığa gəlməyi planlaşdırdığını açıqlayıb. Bu barədə o, Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirib.

Tramp sual qarşısında “Yəqin ki, növbəti ay ərzində” deyə vaxt çərçivəsini açıqlayıb. Eyni zamanda, danışıqlar uğursuz olacağı təqdirdə İran üçün “çətin mərhələnin” başlanacağını proqnozlaşdırıb:
“İranlılarla lazım olan qədər danışacağam. Əgər razılığa gələ bilməsək, II mərhələyə keçəcəyik və bu, onlar üçün çox çətin olacaq. Mən bunu istəmirəm”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında son danışıqlar 6 fevralda Omanda baş tutub. Tramp onları uğurlu adlandırıb və dialoqun davam edəcəyini bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi də görüşləri yüksək qiymətləndirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.