Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Qərar Daşkənddə keçirilən ICESCO sessiyasında qəbul olunub; növbəti mərhələdə nominasiya Əsas Siyahıya təqdim ediləcək

48

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına salınıb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 9–13 fevral tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun İlkin Siyahıya daxil edilməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu statusu daşıyan Ordubad 2001-ci il 24 oktyabr tarixində UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına da daxil edilib. Abidələrin qorunması və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 21 fevral 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Azərbaycanın incisi kimi xarakterizə olunan Ordubadın adı yazılı mənbələrdə ilk dəfə V əsrdə qeyd olunur. Şəhərin ICESCO-nun İlkin Siyahısına daxil edilməsi, həmçinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Növbəti mərhələdə Mədəniyyət Nazirliyi tərəfindən abidənin ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər davam etdiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.