Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dünyanın nüvə xəritəsi açıqlandı

Rusiya və ABŞ lider mövqedədir, digər ölkələrin arsenalı xeyli geridə qalır

80

Dünya üzrə nüvə silahına sahib dövlətlərin arsenalına dair yenilənmiş statistik məlumatlar açıqlanıb.

Məlumata görə, Rusiya ümumilikdə 5 459 nüvə başlığına malikdir və onlardan 1 150-si artıq silahlanmadan çıxarılıb. Siyahıda ikinci pillədə qərarlaşan ABŞ-ın arsenalında isə 5 177 nüvə başlığı var. Bu başlıqlardan 1 477-si istismardan çıxarılmış sayılır.

Digər nüvə dövlətlərinin göstəriciləri daha aşağı səviyyədədir. Çində 600, Fransada 290, Böyük Britaniyada isə 225 nüvə başlığı olduğu bildirilir.

Cənubi Asiya regionunda Hindistanın 180, Pakistanın isə 170 nüvə başlığına sahib olduğu qeyd olunur. İsrailin arsenalı 90, Şimali Koreyanın isə təxminən 50 başlıq səviyyəsində qiymətləndirilir.

Qeyd edilir ki, ABŞ və Rusiya ilə bağlı təqdim olunan rəqəmlər yalnız strateji daşıyıcılar üçün nəzərdə tutulan nüvə başlıqlarını əhatə edir. Eyni zamanda, bəzi ölkələrin taktiki nüvə silahlarına da malik olduğu, lakin onların dəqiq sayının müəyyənləşdirilməsinin çətin olduğu vurğulanır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.