Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ Venesuelanın Rusiya ilə neft əməliyyatlarını qadağan etdi

Yeni lisenziyalar PDVSA-nın sanksiyalı ölkələrlə əməkdaşlığını məhdudlaşdırır və Rusiyanın 17 milyard dollarlıq investisiyalarına təsir edəcək

41

ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə bağlı əməliyyatları sərtləşdirərək Rusiya və bir sıra digər ölkələrlə hər hansı əməkdaşlığı qadağan edib.

Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən yeni lisenziyalar Venesuela dövlət neft şirkəti PDVSA-nın sanksiyalı ölkələrlə işləməsini məhdudlaşdırır. ABŞ Dövlət Departamentinin verdiyi lisenziyalar isə Venesuela neftinin ABŞ vasitəsilə ixracına, təkrar ixracına, nəqlinə və emalına icazə verir, lakin əməliyyatlar ABŞ qanunvericiliyinə uyğun aparılmalı və Rusiya, İran, Şimali Koreya və Kuba ilə hər hansı əməkdaşlıq qadağan olunmalıdır.

Bu məhdudiyyətlər Rusiyanın Venesuelaya yatırdığı təxminən 17 milyard dollarlıq investisiyalarına təsir edəcək. “Reuters”in məlumatına görə, 2010-cu illərin ortalarında Rosneft PDVSA ilə beş birgə müəssisə qurmuş, 2020-ci ildə sanksiyalar zamanı isə aktivlərini Roszarubezhneft ASC-yə ötürmüşdü.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.