Zəngəzur məsələsində Ermənistan -Rusiya münasibətləri
Simonyan: “Rusiyanın TRIPP layihəsində iştirakı nəzərdə tutulmayıb, digər marşrutlar da Ermənistandan keçir”
Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiyanın TRIPP layihəsində iştirakı onun təsəvvüründə yoxdur və bu təşəbbüsün Ermənistan-Amerika layihəsi olduğunu vurğulayıb.
“Rusiya yalnız TRIPP-ə diqqət yetirməməlidir. Digər marşrutlar da Ermənistandan keçir”, – Simonyan əlavə edib. O qeyd edib ki, Moskva TRIPP çərçivəsindən kənar infrastruktur layihələrində iştirak təklif edə bilər və Ermənistan bu cür təklifləri nəzərdən keçirməyə hazırdır.
Rusiyaya səfərindən sonra Simonyan açıqlayıb ki, tərəflər açıq şəkildə narahatlıqlarını bölüşüblər və investisiyalar, eləcə də mədəni əməkdaşlıq mövzularını müzakirə ediblər. Rusiya tərəfi isə Ermənistanın daxili siyasətinə müdaxilə etmək niyyətində olmadığını təsdiqləyib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.