Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan–ABŞ münasibətlərində tarixi gün

Prezident İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens sənədi imzaladılar və mətbuata birgə bəyanatlarla çıxış etdilər

73

Fevralın 10-da Bakıda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə mühüm mərhələni ifadə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.

İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və vitse-prezident Ceyms Devid Vens mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında ABŞ-la münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, bu sənəd uzunmüddətli və səmimi əməkdaşlığın məntiqi nəticəsidir.

Dövlət başçısı qeyd edib ki, Tramp–Vens administrasiyasının Azərbaycana nümayiş etdirdiyi müsbət münasibət yüksək qiymətləndirilir:
“Biz Azərbaycana göstərilən müsbət münasibətə görə Tramp–Vens administrasiyasına minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir”.

Prezident İlham Əliyev vurğulayıb ki, imzalanmış sənəd Azərbaycan–ABŞ əməkdaşlığını yeni mərhələyə daşıyacaq, siyasi dialoqun, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlıq niyyətinin rəsmi təsdiqi kimi qiymətləndirilir və gələcək münasibətlər üçün mühüm yol xəritəsi hesab olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.