Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Çətin həyat şəraitində yaşayan uşaqları aşkarlayacaq məsul qurum müəyyən olunur. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Yeni dəyişikliklərə əsasən, çətin şəraitdə olan uşaqlar yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özlərini müdafiə və müstəqil müraciət etmək imkanları məhdud olduğu üçün aşkarlanarkən onların təcili və təxirəsalınmaz müdafiəsini təmin etmək vacibdir. Bu vəzifə müvafiq qurumun üzərinə düşür.
“Sosial xidmət haqqında” qanuna və Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnaməyə daxil ediləcək yeni normalara görə, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum kimi fəaliyyət göstərəcək.
Vurğulanıb ki, uşaqların əlilliyi, baxımsızlığı, sosial təhlükəli vəziyyəti, xəstəlik və ya yaşlılıq səbəbi ilə özünə qulluq imkanının olmaması və onları dəstəkləyə biləcək qohum və ya qanuni nümayəndələrin mövcud olmaması komissiyalar tərəfindən müəyyən ediləcək.
Eyni zamanda, ailə qanunvericiliyinə edilən son dəyişikliklər prokurorluğun uşaqların hüquqlarının qorunması sahəsində səlahiyyətlərini genişləndirib. Prokuror həm cinayət, həm də inzibati işlərdə uşaq hüquqlarının təmin olunmasına prosessual nəzarət funksiyasını yerinə yetirəcək.
Yeni “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən, dövlət uşaqların hüquqlarının həyata keçirilməsinə nəzarət edən qurumlarla yanaşı yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları da çətin həyat şəraitində olan uşaqlarla profilaktik iş aparacaq və onlara yardım göstərəcək.
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.