Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya neft bazarında çətin dövrə daxil olur

Yanvar ayında hasilat azalaraq OPEC kvotasından 300 min barel geri qalıb, sanksiyalar və ixrac problemləri vəziyyəti ağırlaşdırır

43

Rusiyada neft hasilatında azalma qeydə alınıb. Yanvar ayında ölkənin gündəlik neft istehsalı 9,28 milyon barelə düşüb.

“Bloomberg”in yaydığı məlumata əsasən, bu göstərici Rusiyanın OPEC çərçivəsində nəzərdə tutulan kvotasından təxminən 300 min barel aşağıdır.

Hasilatın geriləməsinin əsas səbəblərindən biri Hindistanın Rusiya neftinə tələbatını azaltmasıdır. Xüsusilə “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan sonra Rusiya ixrac etdiyi neft məhsullarının satışında çətinliklərlə üzləşib.

Fevral ayının əvvəlində üzən anbarlarda saxlanılan Rusiya neftinin həcmi 143 milyon barelə çatıb ki, bu da bir il əvvəllə müqayisədə təxminən iki dəfə, ötən ilin noyabr ayının sonu ilə müqayisədə isə dörd dəfə çoxdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.