Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Suriya həbsxanalarından İraq ərazisinə İŞİD üzvləri köçürülüb

42 ölkənin vətəndaşlarını da əhatə edən köçürülmə zamanı terrorçulara qarşı istintaq prosedurları davam edir, ekstradisiya yalnız araşdırma başa çatdıqdan sonra mümkün olacaq

43

Suriya həbsxanalarından İraq ərazisinə köçürülən İŞİD üzvləri arasında 42 ölkənin vətəndaşları var

Suriya həbsxanalarından İraq ərazisinə daşınan İslam Dövləti (İŞİD) terror qruplaşmasının keçmiş döyüşçüləri və tərəfdarları arasında 42 fərqli ölkənin vətəndaşları olduğu açıqlanıb.

İraq Ali Məhkəmə Şurası yanında Beynəlxalq Əməkdaşlıq Mərkəzinin bəyanatında qeyd olunub ki, Suriyadan İraqa gətirilən yaraqlılar üzərində heç bir məhkəmə prosesi aparılmayıb. Mərkəz bildirib ki, İraq məhkəmələri tərəfindən İŞİD tərəfindən törədilən cinayətlərin araşdırılması dörd-altı ay ərzində tamamlanması planlaşdırılır.

Həmçinin bəyanatda vurğulanıb ki, geri gətirilən İŞİD üzvlərinə qarşı irəli sürülə biləcək ittihamlar arasında kimyəvi silah istifadəsi və soyqırım da yer alır. Saxlanılan şəxslərin ekstradisiyası isə İraqda aparılan istintaq başa çatana qədər mümkün olmayacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.