Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ rəsmiləri Cənubi Qafqaza səfərə hazırlaşır

Vitse-prezident Ceyms Devid Vens və rəsmi nümayəndə heyəti 9–11 fevralda Azərbaycan və Ermənistanda olacaq

251

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin fevralın 9-dan 11-dək Azərbaycan və Ermənistana rəsmi səfər edəcəyi bildirilib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfərlər Vaşinqtonun regionda sülh prosesinə dəstək vermək niyyətinin tərkib hissəsidir.

Qeyd olunur ki, səfərin əsas məqsədi ABŞ administrasiyasının sülh təşəbbüslərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlı proqramın təşviq olunmasıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.