Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran və ABŞ nüvə danışıqlarında irəliləyiş əldə edib

Tərəflər Omanda növbəti mərhələnin paytaxtları ilə məsləhətləşmələr əsasında davam etdirilməsinə razılıq veriblər

206

İran və ABŞ Omanda keçirilən nüvə danışıqlarının növbəti mərhələsi ilə bağlı qərarları paytaxtları ilə məsləhətləşmələr əsasında əlaqələndirmək barədə razılığa gəliblər.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sosial media hesabında məlumat verib. O bildirib ki, Məskatda aparılan danışıqlar dialoqun davam etdirilməsi ilə başa çatıb və tərəflər mövqelərini və tələblərini açıqladıqdan sonra növbəti mərhələ ilə bağlı qərarların paytaxtları ilə məsləhətləşmə yolu ilə qəbul olunmasına razılıq göstəriblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.