“Turkish Airlines” İrəvana reyslər açır
İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar 11 martdan etibarən başlayacaq
“Turkish Airlines” aviaşirkəti 11 mart 2026-cı il tarixindən etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə müntəzəm reysləri həyata keçirəcək. Bu barədə aviaşirkətin nümayəndələri Ermənistanın Turizm Komitəsinin sədri Lusine Gevorqyanla görüş zamanı məlumat veriblər.
Görüşdə aviadaşımaların inkişaf perspektivləri və yaxın gələcəkdə yeni istiqamətlər üzrə reyslərin açılması imkanları müzakirə olunub.
Xatırladaq ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ötən ilin sonlarında etdiyi açıqlamada “Turkish Airlines”ın İstanbul-İrəvan-İstanbul istiqamətində uçuşlara başlayacağını qeyd etmişdi.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.