Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan-Rusiya diplomatik gərginliyi

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Zatulinlə bağlı nota təqdim edilib

249

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə nazirliyə istinadən məlumat verilir.

Görüş zamanı, 5 fevralda Rusiya Federasiyası Dövlət Dumasının MDB və Avrasiya inteqrasiya məsələləri komitəsinin sədrinin birinci müavini, “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı açıqlamasına etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim olunub.

Xüsusilə, K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edən açıqlamaları, separatizmə dəstəyi və Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz nəticəsində törədilmiş cinayətlər barədə məhkəmə qərarlarını təhrif etməyə çalışması qətiyyətlə pislənib.

Görüşdə həmçinin Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycan-Rusiya münasibətlərinə zərbə vuran Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.