Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə İcra Hakimiyyətinin səyyar görüşü keçirildi

İcra başçısı İlham İsmayılov vətəndaşların problemlərini yerindəcə dinləyib, aidiyyatı qurumlara göstərişlər verib

369

Fevralın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Görüş 11 nömrəli tam orta məktəbin akt zalında təşkil olunub və tədbirdə İcra başçısının aparatının məsul əməkdaşları, şəhər polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif küçələrdən gəlmiş sakinlər, bələdiyyə sədri, idarə və müəssisə rəhbərləri, həmçinin mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri açan İcra başçısı İlham İsmayılov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Mingəçevirdə də abadlıq-quruculuq işləri uğurla davam etdirilir. O, vurğulayıb ki, Prezidentin tapşırığı ilə keçirilən səyyar görüşlər sakinlərin gündəlik problemlərinin vaxtında həllinə imkan yaradır.

Görüş zamanı vətəndaşlar sahibsiz itlərin məsələni, elektrik enerjisində fasilələri, çoxmənzilli binaların girişlərinin təmirini, kanalizasiya işlərindən sonra yol problemlərini və digər məsələləri diqqətə çatdırıblar.

Səyyar qəbula çıxan problemlərin bir hissəsi yerindəcə həll olunub, digər məsələlərin həlli üçün isə İlham İsmayılov aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.