Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şagird tərəfindən güllələnən müəllim xəstəxanada müalicə alır, vəziyyəti orta ağırdır

“İdrak” liseyinin təsisçisi professor Mönsüm Alışov: “Hadisə ehtiyatsızlıqdan baş verib, şagird əvvəllər problemli olmayıb

368

Xəbər verdiyimiz kimi fevralın 6-da səhər saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahını götürərək məktəbə gətirib və sinif otağında müəllimə Ş.K-ya xəsarət yetirib.

1997-ci il təvəllüdlü qadın müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona odlu silahdan açılan atəş nəticəsində zədələnmə diaqnozu qoyulub, müvafiq laborator və instrumental müayinələr aparılıb və zəruri tibbi yardım göstərilib. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir və vəziyyəti orta ağır qiymətləndirilir.

Polis əməkdaşları tərəfindən şagird Ə.Ş dərhal saxlanılıb və üzərindən ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.

Liseyin təsisçisi və pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov açıqlamasında bildirib ki, insident sinif otağında baş verib və silah uşağın çantasından çıxıb. Onun sözlərinə görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib və şükür Allaha ciddi xəsarət olmayıb.

Alışov əlavə edib ki, şagird əvvəllər də problemli davranışlar nümayiş etdirməyib və hazırda liseyin qapısında mühafizə olsa da, silah sinifə gətirilə bilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.