Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda liseydə silahlı insident: müəllim şagird tərəfindən güllələndi

İdrak Liseyində baş verən hadisə nəticəsində riyaziyyat müəllimi ağır xəsarət alıb

379

Bakıda yerləşən İdrak Liseyində silahlı insident qeydə alınıb. Hadisə Ziya Bünyadov 3 ünvanında, keçmiş Karl Marks heykəli ilə üzbəüz yerləşən təhsil müəssisəsində baş verib.

“Unikal”ın məlumatına istinadən xəbər veririk ki, liseyin riyaziyyat müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Yaralanan müəllim dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Hadisədən sonra valideynlər təhlükəsizlik məqsədilə övladlarını liseydən götürməyə başlayıblar.

Liseyin direktoru Möhsüm Alışov bildirib ki, insident ehtiyatsızlıq nəticəsində baş verib. Onun sözlərinə görə, şagird ov tüfəngini məktəb çantasında liseyə gətirib və atəş təsadüfən açılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.