Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Özünə vurduğu iynə ölümünə səbəb oldu

Antibiotik iynəsindən sonra vəziyyəti ağırlaşan 71 yaşlı kişi xəstəxanada vəfat edib

533

Yevlax rayonunda bədbəxt hadisə baş verib. Rayon sakini müalicə məqsədilə özünə vurduğu iynədən sonra dünyasını dəyişib.

Məlumata görə, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev antibiotik iynəsi vurduqdan qısa müddət sonra özünü pis hiss etməyə başlayıb. Vəziyyəti kəskin ağırlaşan şəxs təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.