Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlon Maskdan sərt xəbərdarlıq: ABŞ-ı müflislikdən yalnız süni intellekt xilas edə bilər

Milyarderə görə, robot texnologiyaları olmadan ABŞ-ın borc böhranından çıxışı yoxdur

114

Amerikalı milyarder İlon Mask ABŞ iqtisadiyyatının ciddi risk altında olduğunu və ölkənin müflisliyə doğru getdiyini bildirib. Onun fikrincə, bu təhlükənin qarşısını almağın yeganə yolu süni intellekt və robot texnologiyalarının geniş tətbiqidir.

Mask bu açıqlamaları amerikalı bloqer Dvarkeş Patelə məxsus “YouTube” kanalında yayımlanan podkast zamanı səsləndirib. O qeyd edib ki, mövcud şəraitdə ABŞ-ın iqtisadi böhrandan çıxışı demək olar ki, yoxdur.

“Əgər süni intellekt və robot texnologiyalarını işə salmasaq, bir ölkə olaraq yüz faiz deyil, min faiz ehtimalla müflis olacağıq. Dövlət borcu problemini başqa heç bir vasitə həll edə bilməz”, – deyə İlon Mask vurğulayıb.

Milyarder ABŞ-ın dövlət borcunun sürətlə artmasına diqqət çəkərək bildirib ki, yalnız yüksək texnologiyaların inkişafı bu yükü azaltmağa kömək edə bilər.

Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcu 38,6 trilyon dolları keçib. Bu isə ölkədə hər bir vətəndaşa orta hesabla 112 min dollardan artıq borc düşməsi deməkdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.