Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
ABŞ qiymətli mineralların hasilatı və emalı sahəsində beynəlxalq tərəfdaşlıq mexanizmi yaratmağı planlaşdırır. Bu barədə ölkənin vitse-prezidenti Cey Di Vens Dövlət Departamentində keçirilən görüş zamanı açıqlama verib.
Onun sözlərinə görə, təşəbbüs çərçivəsində ayrı-ayrı minerallar üzrə istinad qiymətləri müəyyənləşdiriləcək və həmin qiymətlərin sabit saxlanılması təmin olunacaq. Vens bildirib ki, əsas məqsəd daxili istehsalçıların bazardan sıxışdırılmasının qarşısını almaqdır.
“Biz bazarlarımızın ucuz və strateji əhəmiyyətli minerallarla doldurularaq yerli istehsalçıların sıradan çıxarılması praktikasına son qoymaq istəyirik. Çünki bu prosesdən sonra həmin tərəflər bazarı tərk edir və qiymətləri ədalətsiz şəkildə yüksəldirlər. Bu problemi birgə səylərlə aradan qaldıracağıq”, – deyə vitse-prezident qeyd edib.
Vens əlavə edib ki, yaradılması planlaşdırılan ticarət zonasının əsas hədəfi çoxşaxəli istehsal mərkəzlərinin formalaşdırılması, investisiyalar üçün sabit mühitin təmin edilməsi və xarici risklərə davamlı təchizat zəncirlərinin qurulmasıdır.
Əvvəlki yazı
Ümumdünya Xərçənglə Mübarizə Günü: Azərbaycanda onkoloji xidmətin uğurları və müasir imkanlar
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.