Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyə Prezidenti bölgədə sülhün tərəfdarı olduğunu açıqladı

Ərdoğan İrana qarşı hərbi müdaxiləyə qarşı çıxaraq, dialoq və əməkdaşlıq yolunu dəstəklədiklərini vurğulayıb

471

“Biz bölgədə yeni münaqişələrin baş verməsini istəmirik. Bütün problemlər dialoq və ağıl yolu ilə həll edilməlidir. İrana qarşı hər hansı hərbi müdaxiləyə qarşıyıq. Tərəfdaşlarımıza gərginliyi artıracaq addımlardan çəkinməyin vacibliyini vurğulamışıq”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan həmçinin Türkiyənin İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu qeyd edib və vurğulayıb ki, bölgədə sülhü gücləndirəcək addımların yanında, alovu artıracaq hərəkətlərin əleyhinə olduqlarını açıq şəkildə bildiriblər. O, Səudiyyə Ərəbistanı, Pakistan və digər regional tərəfdaşlarla aparılan məsləhətləşmələr və koordinasiyanın əhəmiyyətinə də diqqət çəkib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.