Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qohumluq əlaqələrindən sui-istifadə

İşə düzəltmək vədi ilə yaxınlarını aldadan şəxs 20 min manata yaxın dələduzluğa görə həbs cəzası aldı

269

İşə düzəltmək bəhanəsi ilə yaxın qohumlarını aldadaraq külli miqdarda maddi ziyan vurmaqda ittiham olunan şəxs barəsində məhkəmə qərarı çıxarılıb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinən Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun ev dustaqlığında keçirdiyi 2 ay 4 gün ümumi cəzadan çıxılaraq, yekun olaraq 1 il 9 ay 26 gün həbs cəzası saxlanılıb.

İstintaq materiallarına əsasən, Ü.Ə. qohumlarından birinə onu “Euro Klima” şirkətində işlə təmin edəcəyini vəd edib. Bu bəhanə ilə həmin şəxsin adına bankdan 3500 manat kredit rəsmiləşdirib. Eyni zamanda, zərərçəkmişin adına “Kontakt Home” mağazasından 4899 manat dəyərində noutbuk kreditlə alınıb.

Təqsirləndirilən şəxs qohumunu inandırıb ki, götürülən kreditlər guya işə qəbul ediləcəyi şirkət tərəfindən ödəniləcək. O, daha bir qohumunu da oxşar üsulla aldadaraq onun adına 12 min manat məbləğində kredit sənədləşdirib.

Zərərçəkənlər aldadıldıqlarını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məhkəmə baxışı zamanı Ü.Ə. özünü irəli sürülən ittiham üzrə qismən təqsirli hesab edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.