Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistan Azərbaycanla bağlı Rusiyadan dəmir yolu layihələrində dəstək istəyir

İcevan və Axurik hissələrinin bərpası üçün Rusiya ilə danışıqlar davam edir

316

Ermənistan, İcevan və Axurik hissələrinin dəmir yolu tikintisi ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlayıb. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan məlumat verib.

Nazirin sözlərinə görə, “Rusiya tərəfi ilə danışıqları davam etdiririk və bu sektorlar üzrə işləri birgə həyata keçirəcəyik. Baş nazir Nikol Paşinyanın açıqlamasından sonra bu istiqamətdə tədbirlər görməyə davam edirik”.

Ölkə başçısı Nikol Paşinyan da məsələ ilə bağlı açıqlama verərək bildirib: “Rusiyalı tərəfdaşlarımızdan xahiş etmişəm ki, Yerasxdan Naxçıvana və Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolunun tam bərpası ilə təcili məşğul olsunlar. Həmçinin, yaxın vaxtlarda İcevan-Qazax istiqaməti üzrə məsələnin də qaldırılmasını planlaşdırıram, çünki onun da tezliklə bərpası mümkündür. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız bu xahişi sürətlə reallaşdıracaqlar”.

Beləliklə, Ermənistan öz dəmir yolu infrastrukturunu bərpa etmək üçün Rusiya ilə əməkdaşlığı gücləndirməyə çalışır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.