Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Silah anbarları hədəfdə: İsrail “Hizbullah”a zərbə endirdi

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livanın cənubunda həyata keçirilən hücumlar qruplaşmanın hərbi potensialını bərpa etmək cəhdlərinin qarşısını almaq məqsədi daşıyıb

83

İsrail ordusu Livanın cənub bölgəsində fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına məxsus hədəfləri yenidən vurub. Bu barədə məlumat İsrail Müdafiə Qüvvələri tərəfindən yayılıb.

Rəsmi açıqlamada bildirilir ki, hücumlar əsasən silah-sursatın saxlandığı anbarlara yönəlib. Ordunun məlumatına görə, əməliyyatın məqsədi qruplaşmanın hərbi potensialını yenidən formalaşdırmaq cəhdlərinin qarşısını almaq olub.

Qeyd olunub ki, vurulan obyektlərdən biri yaşayış məntəqəsinə yaxın ərazidə yerləşib. İsrail Müdafiə Qüvvələri bunu “Hizbullah”ın mülki əhalini canlı qalxan kimi istifadə etməsinin göstəricisi kimi dəyərləndirib. Eyni zamanda bildirilib ki, zərbələrdən öncə mülki itkilərin qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.