Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq

Qanun layihəsinə görə, Nazirlər Kabineti fəaliyyətini Ali Məclisə hesabat verərək, iş qaydasını isə Prezidentlə razılaşdıracaq

102

Milli Məclisin bugünkü plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

Hazırkı qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti Ali Məclisə tabe olur və onun qarşısında müntəzəm hesabat verir. Qanun layihəsinə əsasən, gələcəkdə Nazirlər Kabineti fəaliyyətinə dair hesabatını Ali Məclisə təqdim edəcək, lakin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Qanun layihəsi ikinci səsvermədə qəbul olunub. İlk səsvermə 2025-ci il iyulun 8-də keçirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.