Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkmənistanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün yeni Dövlət Proqramı

Baş nazirin müavini layihəni təqdim etdi, Prezident Sərdar Berdiməhəmmədov rəqəmsal texnologiyaların inkişafını davam etdirməyi tapşırdı

57

Türkmənistan baş nazirinin müavini Məmmədxan Çakıyev hökumətin iclasında iqtisadi rəqəmsallaşmanın inkişafı və innovativ texnologiyaların tətbiqi ilə bağlı hesabat verib. Bu barədə TDH agentliyi məlumat yayıb.

2026-2028-ci illəri əhatə edəcək Rəqəmsal İqtisadiyyatın İnkişaf Konsepsiyasının bir hissəsi olaraq Dövlət Proqramı layihəsi hazırlanıb. Proqramın həyata keçirilməsi üçün fəaliyyət planı da təqdim olunub. Sənəd rəqəmsal iqtisadiyyətə keçidi, milli süni intellekt strategiyasının hazırlanmasını, müxtəlif sahələrdə süni intellektin tətbiqini, həmçinin mütəxəssislərin təlimi və peşəkar inkişafını nəzərdə tutur.

Baş nazirin müavini layihəni təqdim etdikdən sonra, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sənədi təsdiqləyib və ölkədə rəqəmsal texnologiyaların inkişafı üzrə işlərin davam etdirilməsini tapşırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.