Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xəstəlik vərəqələrində yeni qayda: Xəsarət halları xüsusi qeyd olunacaq

Nazirlər Kabineti sığorta olunanlar üçün elektron xəstəlik vərəqələrinin tərtibatına dəyişiklik edib

49

Nazirlər Kabineti sığorta olunan şəxslər üçün xəstəlik vərəqələrinin elektron formada hazırlanması qaydalarında dəyişiklik edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarla təsdiq edilmiş müvafiq təlimata əlavə müddəa daxil edilib.

Dəyişiklikə görə, əgər sığorta olunan şəxs xəsarət nəticəsində müvəqqəti əmək qabiliyyətini itirərsə və bu fakt tibb müəssisəsi tərəfindən hüquq-mühafizə orqanlarına bildirilsə, həmin məlumat xəstəlik vərəqəsində xüsusi qeyd olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.