Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zaporojyedə mülki obyekt hədəfə alındı

Rusiya ordusunun doğum evinə endirdiyi zərbə nəticəsində qadınlar və azyaşlı uşaq xəsarət alıb

64

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərində yerləşən doğum evinə zərbə endirib. Hadisə ilə bağlı məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov şəxsi “Telegram” kanalında paylaşıb.

Onun sözlərinə görə, hücum nəticəsində tibb müəssisəsində olan 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında müayinədən keçən iki qadın da var. Zərərçəkənlərin hamısına tibbi yardım göstərildiyi bildirilib.

İvan Fyodorov hücumun hansı silah növü ilə həyata keçirildiyini dəqiqləşdirməsə də, insidentdən qısa müddət əvvəl şəhərin “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hədəfə alındığı barədə məlumat yayılmışdı.

Sonradan dəqiqləşdirilən məlumatlara əsasən, hücum zamanı xəsarət alanlar arasında 4 yaşlı uşaq və iki qadın da var.

Hazırda Zaporojyedə hava həyəcanı siqnalı qüvvədə qalır. Yerli əhaliyə təhlükəsizlik məqsədilə sığınacaqlardan çıxmamaları tövsiyə olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.