ABŞ qanunsuz miqrantlar üçün 80 min nəfərlik sığınacaqlar tikir
USCIS ölkənin 23 şəhərində mövcud sığınacaqları genişləndirir, hər mərkəz 1 500-10 000 nəfəri qəbul edəcək
ABŞ İmmiqrasiya və Gömrük Xidməti (USCIS) ölkəyə qanunsuz daxil olmuş şəxslərin yerləşdirilməsi üçün yeni saxlama mərkəzləri qurur.
“The Washington Post”un məlumatına görə, hökumət ölkənin 23 müxtəlif şəhərində mövcud sığınacaqları yeniləyir və genişləndirir. Yeni mərkəzlərdə ümumilikdə 80 minədək insan yerləşdirilə biləcək. Hər bir müəssisənin tutumu 1 500-dən 10 000 nəfərə qədərdir.
Bu addım ölkədə miqrasiya axını ilə mübarizənin gücləndirilməsi məqsədini daşıyır və federal miqrasiya sisteminin yükünü yüngülləşdirmək üçün nəzərdə tutulub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.