Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində elmi-tədqiqat mühiti genişlənir

İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyası istifadəyə verildi

269

Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının (EAML) açılışı olub. Açılış mərasimində universitet rəhbərliyi, akademik və inzibati heyət, Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Tədbirdə laboratoriyanın ali təhsildə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, müasir iqtisadi təhlil və rəqəmsal modelləşdirmə bacarıqlarının inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Bildirilib ki, EAML iqtisadi proseslərin elmi əsaslarla təhlili, ekonometrik modellərin qurulması və proqnozlaşdırma imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Müasir kompüter və ixtisaslaşmış proqram təminatı ilə təchiz olunan laboratoriya tələbələrin praktiki biliklərinin artırılmasına, müəllim və tədqiqatçıların elmi araşdırmalarının aparılmasına imkan yaradacaq və universitetdə innovativ elmi mühitin formalaşmasına töhfə verəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.