Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə riyaziyyat uğuru: istedadlı məktəblilər mükafatlandırıldı

Regional Riyaziyyat Olimpiadasının Mingəçevir mərhələsinin qalibləri MDU-da təltif olundu

289

Mingəçevir Dövlət Universitetində Mingəçevir şəhəri üzrə Regional Riyaziyyat Olimpiadasının qalibləri təltif olunub. Olimpiada 29 yanvar 2026-cı il tarixində universitet və “Techera”nin birgə təşkilatçılığı ilə keçirilib.

Yeddi rayonu əhatə edən yarışın Mingəçevir mərhələsində şəhərin ümumtəhsil məktəblərindən olan 8–11-ci sinif şagirdləri iştirak edərək riyazi biliklərini nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən, Yusif Babayev I, Aylin Hüseynova II, Gülay Zeynallı və Zəhra Həsənova III yerə layiq görülüb. Əli Qaziyev, İlham Cumalıyev, Nəzrin Mehdiyeva, Aylin Mirzəli, Zeynəb Sadıqzadə və Toğrul Əlizadə isə həvəsləndirici yerlərlə mükafatlandırılıblar.

Qalib və fərqlənən şagirdlər diplom və sertifikatlarla təltif olunub, onlara gələcək uğurlar arzulanıb. Olimpiadanın məqsədi regionlarda istedadlı şagirdlərin üzə çıxarılması və onların analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.