Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tanınmış rusiyalı jurnalist və sənətçilər Aİ tərəfindən sanksiya olundu

Sanksiyalar Avropa ərazisinə giriş qadağası və maliyyə aktivlərinin dondurulmasını əhatə edir

105

Avropa İttifaqı bir sıra tanınmış rusiyalı teleaparıcılar və sənətçiləri sanksiya siyahısına daxil edib. Siyahıya Dmitri Quberniyev, Pavel Zarubin, Yekaterina Andreyeva, Mariya Sitteli, balet artisti Sergey Polunin və “Roma Jiqan” ləqəbi ilə tanınan repçi Roman Çumakov daxildir.

Aİ-nin rəsmi qərarında bildirilir ki, adıçəkilən şəxslər öz peşəkar fəaliyyəti çərçivəsində Rusiya hökumətinin Ukrayna ilə bağlı siyasətini dəstəkləməkdə ittiham olunurlar.

Fərdi sanksiyalar Avropa İttifaqı ərazisinə giriş qadağası və Avropa banklarındakı maliyyə aktivlərinin dondurulmasını əhatə edir. Qərar Aİ Şurasının rəsmi jurnalında dərc olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.