Bizimlə həyatınız həmişə işıqlı olacaq!

SEPAH rəsmi olaraq terror təşkilatları siyahısına daxil edildi

Qərar İranın etiraz aksiyalarına qarşı amansız tədbirləri və regiondakı fəaliyyətlərinə cavab olaraq qəbul olunub

104

Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi şəkildə terror təşkilatları siyahısına salıb.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri qəbul etdikləri qərarla SEPAH-ı beynəlxalq terror şəbəkələri ilə eyni statusda qiymətləndiriblər.

Kallas vurğulayıb ki, bu addım İran hakimiyyətinin son dövrlərdə etiraz aksiyalarına qarşı sərt güc tətbiqi və regionda sabitliyi pozan fəaliyyətlərinə cavab xarakteri daşıyır.

Qərara əsasən, SEPAH-la əlaqəli bütün aktivlər Avropa ərazisində dondurulacaq, həmçinin qurumla istənilən maliyyə və iqtisadi əməkdaşlıq qadağan ediləcək. Ekspertlərin fikrincə, bu qərar Avropa İttifaqının Tehrana qarşı indiyədək atdığı ən sərt hüquqi-siyasi addımlardan biri sayılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.