Rusiya-Ukrayna münaqişəsi: Azərbaycan vətəndaşları yenidən həlak oldu
Yanvar ayı ərzində Ukraynada 10-dan çox azərbaycanlı hərbçi döyüşlərdə həyatını itirib
Rusiya-Ukrayna müharibəsi çərçivəsində daha bir azərbaycanlı həlak olub.
Dünyamalıyev Elşad Araz oğlu (2000-ci il təvəllüdlü) Ukraynanın Mirnoqrad şəhəri yaxınlığında davam edən döyüşlər zamanı həyatını itirib. Məlumata görə, o, Rusiya Silahlı Qüvvələrinin tərkibində xidmət edirdi.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Ukrayna ərazisində 10-dan çox azərbaycanlı hərbçi həlak olub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.