Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fəlsəfə doktoru imtahanına qeydiyyat bu gün başa çatır

Xarici dillər və Azərbaycan dili üzrə imtahanlar fevralın ortasında keçiriləcək, nəticələr isə dissertasiyanın ilkin müzakirəsinə qədər etibarlı olacaq

254

Doktorantura, dissertantura və adyunktura üzrə təhsil alan və ya bu təhsil pillələrini başa vurmuş iddiaçılar, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan dili üzrə və xarici dillər üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat prosesini tamamlamaq üçün son fürsəti əldə edirlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahana qatılmaq istəyən şəxslər DİM-in rəsmi saytında (ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və qeydiyyatını bu gün saat 23:59-a qədər tamamlamaqla iştirak hüququ qazanmalıdır.

İmtahan cədvəlinə görə, xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il fevralın 15-də, əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan isə fevralın 16-da keçiriləcək. Həmçinin, danışıq bloku üzrə imtahan 19 fevral tarixində planlaşdırılıb. Xarici dillər üzrə imtahan elektron formada kompüterlər vasitəsilə keçiriləcək, Azərbaycan dili üzrə imtahan isə kağız daşıyıcılarla aparılacaq.

İmtahanın nəticələri verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinə qədər beş il müddətində etibarlı hesab olunur. Uğurla imtahanı keçən iddiaçılara (xarici dil üzrə ən azı 30 bal, Azərbaycan dili üzrə əcnəbilər üçün ən azı 25 bal toplamaq şərti ilə) Ali Attestasiya Komissiyası tərəfindən beş il müddətinə etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahan proqramları və Azərbaycan dili üzrə proqramla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür: [Azərbaycan dilində], [Rus dilində], [Azərbaycan dili üzrə proqram].

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.