Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yaxın Şərqdə gərginlik yenidən yüksəlir

Donald Tramp ABŞ hərbi qüvvələrinin İran istiqamətində irəlilədiyini açıqladı, Tehranın razılaşmaya gələcəyinə ümid etdiyini bildirdi

295

ABŞ Prezidenti Donald Tramp Amerikanın əsas hərbi kontingentinin İran istiqamətində hərəkətə başladığını açıqlayıb. O, Tehranın yaranmış vəziyyətdə razılaşmaya getməsinin mümkünlüyünə ümid etdiyini bildirib.

Ayova ştatında tərəfdarları qarşısında çıxış edən Tramp İranla bağlı mövqeyini yenidən gündəmə gətirib. ABŞ lideri 2025-ci ilin iyun ayında İranın nüvə potensialının zərərsizləşdirildiyini iddia edərək, bu mövqeyini bir daha təkrarlayıb. Onun sözlərinə görə, Fordo, Nətənz və İsfahan ərazilərində yerləşən nüvə obyektlərinə endirilən zərbələr zəruri addım olub.

Tramp bildirib ki, əgər müdaxilə bir ay geciksəydi, İran artıq nüvə silahına sahib ola bilərdi. “Biz bu riski gözə ala bilməzdik”, – deyə o vurğulayıb.

ABŞ prezidenti çıxışında əlavə edib ki, hazırda daha bir iri hərbi donanma İran istiqamətində hərəkət edir. “Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Ümidvaram ki, Tehran razılaşma yolunu seçəcək”, – deyə Tramp qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.