Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya Xarkovda sərnişin qatarını dronlarla bombaladı

Barvenkovo-Lvov-Çop marşrutunda sərnişin qatarına edilən hücum nəticəsində iki nəfər yaralanıb, 291 sərnişin təxliyə edilib

107

Rusiya ordusu dronlarla Xarkov bölgəsində hərəkətdə olan sərnişin qatarına zərbə endirib. Hücum nəticəsində lokomotiv və bir vaqonda yanğın baş verib, xəsarət alanlar olub.

Bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Onun sözlərinə görə, Rusiya “Şahed” dronları Barvenkovo-Lvov-Çop marşrutu üzrə hərəkət edən qatara hücum edib. Hadisə Xarkov bölgəsinin Barvenkovo yaşayış məntəqəsində baş verib.

Qatarda 291 sərnişin olub və onlar dərhal təxliyə ediliblər. Hücum nəticəsində iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.