Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-İran gərginliyi artır

İsrail Müdafiə Ordusunun məlumatına görə, mümkün hərbi əməliyyat 31 yanvar və ya 1 fevrala təsadüf edə bilər; əməliyyatın baş tutması Prezident Trampın qərarından asılıdır

89

İsrail Müdafiə Ordusunun məlumatına görə, ABŞ İrana qarşı 31 yanvar və ya 1 fevral tarixlərində hərbi zərbə endirə bilər. Bu barədə The War Zone nəşri İsrail ordusundakı yüksək vəzifəli mənbəyə istinadla xəbər yayıb.

Mənbə bildirir ki, Vaşinqtonun planları dəyişə bilər və əməliyyatın baş tutması “bir nəfərin qərarından” — ABŞ Prezidenti Donald Trampdan asılıdır.

İsrail hakimiyyəti bu tarixlərdə regionun hava məkanında risklərin artacağı barədə xarici aviaşirkətləri əvvəlcədən məlumatlandırıb. Analitiklər bunu mümkün hərbi əməliyyatlara hazırlıq kimi qiymətləndirirlər.

Əvvəlki xəbərlərdə də ABŞ-ın bu həftə İrana zərbə endirə biləcəyi bildirilmişdi. Hədəf ola biləcək şəxslər arasında etirazlarda ölümlərlə əlaqələndirilən yüksək vəzifəli məmurlar və hərbi komandirlər olduğu qeyd edilir.

İranın dekabrın sonunda milli valyutasının dəyər itirməsi və qiymətlərin sürətlə artması fonunda kütləvi etirazlar baş vermişdi. Rəsmi Tehran 3 min 100 nəfərin həlak olduğunu açıqlayıb, lakin Time jurnalı İran Səhiyyə Nazirliyindəki mənbələrə istinadla ölənlərin sayının 30 minə çatdığını yazıb. İranda iğtişaşların 21 yanvarda yatırıldığı elan edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.