Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çexiyada siyasi gərginlik artır

Müxalifət Petr Maçinkanın istefasını tələb edir, prezident göndərilən mesajları şantaj cəhdi kimi qiymətləndirir

120

Çexiyada müxalifət ölkənin xarici işlər naziri Petr Maçinkanı prezidentə qarşı şantaj cəhdində ittiham edərək onun dərhal istefaya göndərilməsini tələb edir. Bu barədə yerli “Ceske Noviny” nəşri məlumat yayıb.

Müxalifət partiyalarının nümayəndələri həm Maçinkadan, həm də Baş nazir Andrey Babişdən baş verənlərlə bağlı rəsmi açıqlama vermələrini istəyiblər. Partiya rəhbərləri bildiriblər ki, yaranmış vəziyyət nazirin vəzifədə qalmasını mümkünsüz edir və onun postundan azad edilməsi gündəmə gətirilməlidir.

Çexiya Prezidenti isə bu gün açıqlama verərək bildirib ki, Petr Maçinka onun müşaviri Petr Kolarj vasitəsilə prezidentə son dərəcə ciddi və təzyiq xarakterli mesajlar göndərib. Prezident həmin mesajları açıq şəkildə şantaj cəhdi kimi qiymətləndirib.

Hadisə ölkə gündəmində geniş rezonans doğurub və yaxın günlərdə siyasi proseslərin daha da gərginləşəcəyi gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.