Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gürcüstanda 87 əcnəbi deportasiya edilib

Ölkəyə giriş qadağan olunan şəxslər arasında Rusiya və digər ölkələrin vətəndaşları var

328

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 87 əcnəbi vətəndaşı ölkədən çıxarıb. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Deportasiya edilən şəxslər arasında Azərbaycan, Banqladeş, Misir, İsrail, Hindistan, İran, İordaniya, Qazaxıstan, Çin, Livan, Suriya, Sudan, Nigeriya, Rusiya, Tayland, Türkmənistan, Türkiyə, Özbəkistan və Cənubi Afrika vətəndaşları var. Onların Gürcüstana girişi qadağan olunub.

Son dövrlərdə Gürcüstan qanunsuz miqrasiya ilə mübarizəni gücləndirib. Ölkə parlamenti miqrasiya qanunlarını sərtləşdirib və Daxili İşlər Nazirliyi hər ay deportasiya edilən əcnəbilərin sayını açıqlayır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.