Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bir sıra qanun və normativ aktlarda dəyişikliklər ediləcək

Nazirlər Kabineti və aidiyyəti orqanlar yeni qanunlara uyğunlaşdırma prosesini həyata keçirəcək

150

Baş nazir Əli Əsədov bir sıra normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi barədə qərar imzalayıb. Bu dəyişikliklər Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi, həmçinin “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda əksini tapacaq.

Ədliyyə Nazirliyi dəyişikliklərin həyata keçirilməsini digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təmin edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesinə cəlb olunacaq digər orqanlar beş ay ərzində Nazirlər Kabinetinə normativ aktların yeni qanunlara uyğunlaşdırılması üzrə təkliflərini təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları dörd ay ərzində öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktların və normativ xarakterli sənədlərin yenilənməsi üzrə tədbirlər görməli, və ya belə təkliflərin olmadığı barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi bu prosesin monitorinqini apararaq altı ay ərzində Nazirlər Kabinetini qanunvericiliyin uyğunlaşdırılması barədə məlumatlandırmalıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.