Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan–Ermənistan xəttində yeni idxal mövzusu: şəkər gündəmdə

Benzin və taxıldan sonra şəkərin də Azərbaycandan Ermənistana gətirilməsi müzakirə olunur

881

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri çərçivəsində yeni bir məhsul üzrə danışıqlar aparıldığı bildirilir. Məlumata görə, benzin və taxıl idxalı ilə yanaşı, şəkərin də Azərbaycandan Ermənistana gətirilməsi məsələsi gündəmdədir.

Ermənistanın “Hraparak” nəşri hökumətə yaxın mənbələrə istinadla yazır ki, bu istiqamətdə müəyyən müzakirələr və hazırlıq işləri gedir. Nəşrin iddiasına görə, ölkədə şəkər idxalında əsas paya malik olan iş adamı Samvel Aleksanyan bu prosesdə maraqlı tərəf kimi çıxış edir və yaxın dövrdə bu istəyin reallaşması mümkündür.

Məlumata əsasən, Azərbaycan üzərindən idxalı həyata keçirən şirkət də Aleksanyana məxsusdur. Eyni zamanda, benzin idxalı ilə məşğul olan şirkətlər arasında onun ailə üzvlərinə yaxınlığı olan biznes strukturlarının da yer aldığı qeyd olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.