Neft bazarında geriləmə: “Brent” yenidən ucuzlaşdı
London və Nyu-York birjalarında həm “Brent”, həm də “WTI” markalı neftin qiymətində azalma qeydə alınıb
“Brent” nefti ucuzlaşdı: qiymətlər yenidən gerilədi
“ICE London” qitələrarası birjasında aparılan ticarət zamanı “Brent” markalı neftin 2026-cı ilin aprel ayı üzrə fyuçers müqaviləsinin qiyməti 0,65 faiz enərək bir barel üçün 64,35 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Eyni zamanda, Nyu-Yorkdakı “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayı üzrə “WTI” markalı neftin bir barelinin qiyməti 0,58 faiz azalaraq 60,28 ABŞ dollarına düşüb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.